Azərbaycan Respublikası Kino Agentliyinin keçirdiyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə keçən “Tanrının otağı” filminin posteri yayımlanıb.
Daha.az xəbər verir ki, film 1988-ci ildə Ermənistandan Azərbaycana köçməyə məcbur olan qadının mübarizəsi, humanizmi, düşdüyü çətin vəziyyətə baxmayaraq, insanlığı üstün tutan Reyhanın həyatından bəhs edir.
Filmin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, prodüseri Ziya Ağa, operatoru Daniel Quliyev, quruluşçu rəssamı Vüqar Qurbanov, işıq ustası Ruslan Menyayev, qrim rəssamı Güney Əjdərova, icraçı prodüseri Firudin İbrahimbəylidir. Filmdə Azərbaycanın Xalq artisti Şükufə Yusupova, Əməkdar artist Nargilə Qəribova və Oktay Mehdiyev çəkilirlər.
Pitçinq mərhələsindən sonra filmin tizeri də ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, sözügedən filmin ssenarisi AKİ-nin 2024-cü ildə keçirdiyi “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçısıdır.