“Tərsinə kölgələr” Kazan Beynəlxalq Film Festivalında

Kinotənqidçi, ssenarist, rejissor, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini Hacı Səfərov “Tərsinə kölgələr” adlı debüt qısametrajlı filmi ilə 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” bölməsində iştirak edir.

Daha.az xəbər verir ki, “Çinarfilm” şirkətinin istehsalı olan “Tərsinə kölgələr” Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib, ssenari müəllifi Hacı Səfərovdur.

“Tərsinə kölgələr” filmi Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Ultra production” və “Duyme Agency”nin dəstəyi ilə ərsəyə gəlib, prodüserləri Emin Nəcəf, Türkan Hüseyn və Hacı Səfərov, operatoru Elvin Məmməddir.

Qeyd edək ki, “Tərsinə kölgələr” filmi Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən biridir.

OXŞAR XƏBƏRLƏR