ABŞ-də aparılan araşdırma nəticəsində təhsil səviyyəsinin bioloji yaşlanma sürətinə təsir edə biləcəyi məlum olub. 1988-1994 və 2015-2018-ci illər arasında 50-79 yaş aralığında olan şəxslərin bioloji yaşlanma göstəriciləri təhlil olunub. Nəticələrə əsasən, təhsil səviyyəsi aşağı olan şəxslərin daha sürətli yaşlandığı müəyyən edilib.
Daha.az xəbər verir ki, bioloji yaş hüceyrə və toxumaların real yaşını əks etdirir. 1980-ci illərin sonu ilə 1990-cı illərin əvvəllərində orta məktəb diplomu olmayan şəxslərin bioloji yaşı universitet məzunlarına nisbətən orta hesabla bir il daha çox olub. Lakin 2015-2018-ci illərdə isə bu fərq demək olar ki, iki ilə çatıb.
Yüksək təhsilli insanların bioloji baxımdan daha gec yaşlandığı müəyyən olunub. Bu nəticələr uzunömürlülük və bioloji yaşlanma ilə bağlı əvvəlki tədqiqatları da dəstəkləyir.
Qeyd edək ki, bioloji yaşlanmaya təsir edən əsas faktorlar arasında genetik quruluş, xroniki xəstəliklər, həyat keyfiyyəti, yuxu rejimi, qidalanma və fiziki aktivlik mühüm rol oynayır.