Şəhər böyüklüyündə məbəd tapılıb

Boliviyalı arxeoloqlar 1400 il əvvələ aid şəhər böyüklüyündə olan Palaspata adlı məbəd kompleksinin qalıqlarını tapıb. Bu kəşf, təxminən, min il əvvəl yoxa çıxmış Tiuanaku sivilizasiyasına – İnka imperiyasının sələflərindən birinə dair mühüm məlumat mənbəyi kimi qiymətləndirilib.

Daha.az xəbər verir ki, Tiuanaku sivilizasiyası And dağlarındakı Titikaka gölünün cənubunda mövcud olub. Penn Dövlət Universitetindən antropoloji arxeoloq Xose Kapriles bu cəmiyyətin piramidalar, pilləli məbədlər və monolitlər kimi monumental tikililər miras qoyduğunu bildirib. Lakin Tiuanaku haqqında hələ də çox az məlumat var.

Palaspata məbədi Tiuanaku sivilizasiyasının sosial, iqtisadi və siyasi quruluşuna işıq tuta biləcək xüsusiyyətlərə malikdir.

Mütəxəssislərin fikrincə, qalıqları, təxminən, 125 x 145 metr ölçülərində olan məbəddə günəş ayinləri həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR