Suyun altından kilsə çıxdı

Türkiyənin Kocaeli vilayətindəki Sapanca gölündə su səviyyəsinin azalması səbəbi ilə tarixi daş tikili üzə çıxıb. Məlumata görə, əvvəlki illərdə də üzə çıxan bu tikilinin tarixi bir kilsənin qalıqları olduğu müəyyən edilib.

Daha.az xəbər verir ki, son aylarda yağıntısız keçən hava şəraiti və temperaturun yüksəlməsi Marmara bölgəsinin ən böyük təbii su mənbəyi olan və 3 milyon insanın içməli su ehtiyacını ödəyən Sapanca gölündə suyun çəkilməsinə səbəb olub.

Son illərin ən aşağı göstəricisi qeydə alınıb: 29.7 metr. Bu səbəbdən də tarixi tikili yenidən gün üzünə çıxıb.

OXŞAR XƏBƏRLƏR