ChatGPT cəzalandırıldı

OpenAİ ChatGPT ilə bağlı mübahisəli hadisələrdən sonra valideyn nəzarətini gücləndirəcək yeni funksiyalar təqdim edəcəyini açıqlayıb. Bu qərar 16 yaşlı Adam Reine adlı yeniyetmənin intiharı və ailəsinin şirkətə qarşı açdığı məhkəmə iddiasından sonra verilib.

Daha.az xəbər verir ki, yeni sistemdə aşağıdakı funksiyalar istifadəyə veriləcək:

Valideyn nəzarət paneli – Ailələr övladlarının ChatGPT istifadə tarixçəsini izləyə və məhdudiyyətlər qoya biləcək.

Təcili əlaqə – Gənc istifadəçilər üçün böhran zamanı əlaqə qurulacaq şəxs əvvəlcədən müəyyən ediləcək. Bu şəxslə əlaqə ChatGPT tərəfindən təcili vəziyyətlərdə aktivləşdiriləcək.

Şirkət bildirir ki, “cəzalandırılan” sistemə əlavə edilən yeni funksiyalar şəxsi gərginliklər, psixoloji böhranlar və emosional vəziyyətlərdə valideynlərə daha əhatəli məlumat almaq və müdaxilə imkanı təqdim edəcək.

 

 

OXŞAR XƏBƏRLƏR