Süni intellektin gerçək qərəzi

“Proceedings of the National Academy of Sciences” (“Milli Elmlər Akademiyasının fəaliyyətləri”) jurnalında dərc olunan araşdırmaya görə, süni intellekt modelləri insan tərəfindən yazılmış mətnlərə nisbətən öz yaratdıqları mətnləri üstün tutur.

Daha.az xəbər verir ki, GPT-4, GPT-3.5 və Meta-nın Llama 3.1 modelləri ilə aparılan testlərdə məlum olub ki, bu sistemlər insan yazısını tanısa da, süni intellekt tərəfindən hazırlanmış mətnləri daha yaxşı hesab edir. Alimlər bu vəziyyəti “süni intellektin qərəzi” adlandırır.

Araşdırma zamanı müxtəlif məhsullar, elmi məqalələr və film təsvirlərinin həm insan, həm də süni intellekt versiyaları modellərə təqdim edilib. Nəticələrdən aydın olur ki, modellər mütəmadi olaraq süni intellektin hazırladığı variantları seçib. Bu qərəz, xüsusilə, GPT-4 modelində daha güclü olub. Maraqlıdır ki, eyni test insanlar üzərində də aparılıb və onlar da bəzi məqamlarda süni intellekt mətnlərini seçiblər.

Tədqiqatçılar hesab edirlər ki, bu gələcəkdə “rəqəmsal uçurum”a çevrilə bilər.

OXŞAR XƏBƏRLƏR