Peruda yerləşən məşhur Naska səhrasında süni intellektin köməyi ilə ümumilikdə 248 ədəd yeni qayaüstü rəsm – geoqlif müəyyən edilib.
Daha.az xəbər verir ki, yeni aşkar olunan fiqurlar arasında insanlar, heyvanlar və dini simvollarla yanaşı, insan qurbanlarının təsvirləri də yer alıb. Ən diqqətçəkən nümunələrdən biri keşişin insan başı daşıdığı səhnəni əks etdirən geoqlifdir.
Alimlər sahədə dronlar və süni intellektdən istifadə edərək tədqiqat aparıblar.
Qeyd edək ki, 80 il ərzində cəmi 430 geoqlif aşkar olunmuşdu. Yeni texnologiya bu prosesi 16 dəfə sürətləndirərək ümumi sayı 893-ə çatdırıb. Onlardan 781-i məhz süni intellekt və hava görüntüləri vasitəsilə müəyyən edilib.
Mütəxəssislər bu texnologiyanın qədim mədəniyyətlərin daha dərindən öyrənilməsinə böyük töhfə verəcəyini bildirirlər.