Sumqayıt Dövlət Dram Teatrında premyera: “Ölməz”

Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib.

Daha.az xəbər verir ki, əsərin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir.

Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnə təcəssümünü tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması, Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq tamaşaçılara böyük təsir bağışlayıb.

Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. Lakin son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib. Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR