Qorxu janrının ən məşhur müəlliflərindən biri olan Stiven Kinq öz ssenarisi əsasında çəkilmiş bəzi filmlərlə bağlı narazılığını bildirib. Onun fikrincə, bir neçə filmdə əsərlərin ruhu itib, personajların psixologiyası və süjetin mahiyyəti lazımi şəkildə çatdırılmayıb.
Daha.az Stiven Kinqin bəyənmədiyi 10 filmi təqdim edir.
– “Needful Things” 1993 (“Zəruri əşyalar”) – Sirli antikvar əşyalar satan Leland Qauntun hekayəsi Kinqin gözlədiyi effekti verməyib.
– “A Return to Salem’s Lot” 1987 (“Salem qəsəbəsinə qayıdış2) – Vampirlərlə dolu qəsəbədəki hekayə nə qorxu, nə də komediya baxımından yazıçını razı salıb.

– “Dreamcatcher” 2003 (“Yuxular ovçusu”) – Kinq bu filmi “ekranizasiya prosesində ruhunu itirmiş bir hekayə” adlandırıb.
– “Maximum overdrive” (1986) (“Maksimum sürət”) – Kinq özünün çəkdiyi film haqqında deyir ki, bu film süni intellektin insanlara hücumu mövzusunu uğurla əks etdirməyib.
– “Firestarter” 1984 (“Qundaqçı”) – Yazıçı düşünür ki, Çarlinin fövqəladə güclərindən bəhs edən filmin aktyor heyəti hekayənin mahiyyətini hiss etməyib.
– “The Dark Tower” 2017 (“Qaranlıq qala”) – Kinqə görə, filmdəki hadisələr onun yaratdığı dünyada baş vermir.

– “Christine” 1983 (“Kristina”) – Şeytanabənzər avtomobilin hekayəsi müəllifin yazdıalqarı ilə üst-üstə düşmür.
– “Graveyard Shift” 1990 (“Qəbiristanlıq növbəsi”) – Kinq bu ekranlaşdırmanı “ruhunu itirmiş əsər” kimi qiymətləndirib.
– “The Lawnmower Man” 1992 (“Bağban”) – Elmi-fantastika elementləri Kinqin orijinal ideyasını arxa plana atıb.
– “The Shining “ 1980 (“Parıltı”) – filmin tamaşaçılar tərəfindən sevilməsinə baxmayaraq, Kinq psixoloji dərinliyinin filmdə düzgün əksini tapmadığını düşünür.
Qeyd edək ki, Stiven Kinqin bu qeydləri göstərir ki, ədəbiyyatdan kinoya keçid hər zaman müəllifin istədiyi nəticəni vermir.




