“Spotify”da mahnıları bir milyondan çox dinlənilən qrupun, əslində, süni intellekt tərəfindən yaradıldığı məlum olub.
Daha.az xəbər verir ki, mahnıları milyonlarla dinlənilmiş “Velvet Sundown” qrupunun süni intellekt proqramı ilə yaradıldığı məlum olub.
Qrupun yaradıcıları əvvəl bu iddianı təkzib etsələr də, sonradan etiraf ediblər.
Albomları kütləvi şəkildə satılan, mahnıları milyonlarla dinlənilən qrupun süni zəka məhsulu olduğuna dair faktlar ortaya çıxandan sonra izləyici sayı sürətlə azalmağa başlayıb.
Mütəxəssislərin sözlərinə görə, bu “bədii saxtakarlıqdır” və süni zəka proqramlarıyla hazırlanmış layihələr təqdim edilərkən onun hansı proqrarmla hazırlandığı mütləq qeyd edilməlidir.




