Spotify Premium istifadəçiləri üçün bir sıra yenilikləri təqdim edib. İlk növbədə “Lossless” audio funksiyası seçilmiş ölkələrdə istifadəyə veriliəcək. Yeni funksiya sayəsində Premium abunəçiləri musiqini ən yüksək keyfiyyətdə dinləyə biləcəklər.
Daha.az xəbər verir ki, istifadəçilər vayfay, mobil internet və endirilmiş musiqilər üçün fərqli tənzimləmələr təyin edə biləcəklər. “Lossless” mobil telefonlar, kompüterlər, planşetlər və “Spotify Connect” dəstəyi təqdim edən bir çox cihazda mövcud olacaq.
Bununla yanaşı, tətbiqə Ağıllı Filtrlər gəlir. Beləliklə, istifadəçilər musiqiləri fəaliyyətə, əhvala və ya janra görə çeşidləmək, bəyənilməyən mahnıları gizlətmək və s. funksiyalardan yararlana biləcəklər. Bu yeniliklər tədricən bütün ölkələrdəki Premium istifadəçiləri üçün əlçatan olacaq




