“Şövkət” filmi təqdim edilib

AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə çəkilmiş, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin təqdimat mərasimi baş tutub.

Daha.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə AZCON Holding, o cümlədən ASCO rəhbərliyi və əməkdaşları, ADDA və ADK tələbələri, ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər, həmçinin filmin yaradıcı heyəti iştirak edib.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

 

OXŞAR XƏBƏRLƏR