“Əgər ChatGPT tərəfindən yazılmış gülməli bir kitab nəşr olunsa, deməli, işimiz bitib”
Daha.az xəbər verir ki, bu sözləri məşhur yazıçı Salman Rüşdi “The Independent” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, süni intellekti heç vaxt sınaqdan keçirməyib, ümumiyyətlə o yoxmuş kimi davranır:
“Süni intellektin ən böyük çatışmazlı onun yumor hissinin olmamasıdır. Yəqin ki, ChatGPT-nin danışdığı lətifəni dinləmək istəməzsiniz”
Qeyd edək ki, İranın Ali Rəhbəri Xomeyninin 1989-cu ildə “Şeytan ayələri” romanından sonra verdiyi ölüm fitvasına görə uzun illər təhdid altında yaşayan Rüşdi iki il öncə Nyu-Yorkda məruz qaldığı bıçaqlanma nəticəsində sağ gözünü itirib.




