Şahzadənin zaman kapsulu 30 il sonra açıldı

Şahzadə Diana tərəfindən 1991-ci ildə basdırılan zaman kapsulu 30 il sonra açılıb.

Daha.az xəbər verir ki, əslində, yüzlərlə il sonra açılması nəzərdə tutulan bu kapsul Londonda yerləşən Great Ormond Street Xəstəxanası (GOSH) nəzdində yeni uşaq xərçəng mərkəzinin tikintisi səbəbiylə vaxtından öncə açılmalı olub.
Kapsulun içindən 90-cı illərin simvolları hesab edilən əşyalar çıxıb. Bura kiçik “Casio” televizoru, Kayli Minoqun “Rhythm of Love” albomunun CD-si, günəş enerji ilə çalışan kalkulyator, ingilis sikkə kolleksiyası və kapsulun basdırıldığı tarixə aid “Times” qəzetinin bir nüsxəsi daxildir.

Qeyd edək ki, Şahzadə Diana 1989-cu ildən ölümünədək GOSH-un sədri vəzifəsini icra edib. Bu kapsul da xəstəxananın təməl atma mərasimində oraya yerləşdirilmişdir.

OXŞAR XƏBƏRLƏR