Bakı Ekspo Mərkəzində təşkil edilmiş XI Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı şair-esseist Qismət Rüstəmovla görüş keçirilib.
Daha.az xəbər verir ki, sərginin ana mövzusu “Texno-insa: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusunda danışan fəxri yazar texnoloji tərəqqinin insana, ədəbiyyata və mədəniyyətə təsiri barədə danışıb.
İnteraktiv paneldə yeni fililoji anlayışlar müzakirə edilib.
Qeyd edək ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin olunur.
7 oktyabra tarixinədək davam edəcək sərgiyə giriş pulsuzdur.




