Məşhur komediya aktyoru və rejissor Riki Cerveys “Netflix” üçün yeni serial hazırlıqlarına başlayıb.
Daha.az xəbər verir ki, böyüklər üçün nəzərdə tutulmuş “Alley Cats” adlı serialın 2026-cı ildə yayımlanması planlaşdırılır.
Altı hissəli serial küçələrdə yaşayan sahibsiz pişik dəstəsinin gündəlik həyatından bəhs edəcək. “After Life” və “The Office” kimi şouların ulduzu Cerveys həm serialın rejissoru kimi çıxış edir, həm də pişiklərdən birini səsləndirir.
Qeyd edək ki, Cerveys səsləndirmə prosesinə əvvəlki layihələrdə birlikdə çalışdığı bir çox aktyoru cəlb edib.




