Altay dağlarında, təxminən, 2000 il əvvəl basdırılmış qadın skeletində tatu aşkarlanıb.
Daha.az xəbər verir ki, mütəxəssislər mumiyada qrifon, pələng və xoruz tatusuna rast gəliblər.
Tatuları infraqırmızı şüalanma ilə üsulu ilə “oxuyan” arxeoloq Gino Kaspari fikrincə, bəzən mumiyaların dərisi qaralır və mürəkkəb tamamilə görünməz olur:
“Biz bu dəfə fərqli üsuldan istifadə etdik. Adi gözlə görünməz olan mürəkkəb naxışları artıq görmək mümkündür. Əlbəttə, söhbət fərqli dalğa uzunluğundan gedir. Bu, indi mümkündür…”




