Məşhur repçi Lil Nas X Los-Ancelesdə saxlanılıb və qısa müddətə xəstəxanaya yerləşdirilib.
Daha.az xəbər verir ki, sənətçi xırda xuliqanlıq və polisə müqavimət göstərmək ittihamı ilə həbs edilib, daha sonra narkotik maddə qəbulu şübhəsi olduğu üçün xəstəxanaya – yoxlanışa göndərilib.
QQeyd edək ki, “Old Town Road” hiti ilə məşhurlaşan Qremmi laureatı bu il “Dreamboy” adlı yeni albomunu çıxarmağa hazırlaşır. Hələ ki, repçinin təmsilçiləri son hadisələr və bunun albom hazırlıqlarına necə təsir edəcəyi barədə heç bir açıqlama verməyib.




