Qorxu, yoxsa təsadüf? – “1984”

Corc Oruell məşhur “1984” romanıyla bağlı yeni təfərrüatlar açıqlanıb. Mütəxəssislər düşünür ki, yazıçı bu əsəri qorxudan yazıb. 

Daha.az xəbər verir ki, Oruell 1947-ci ildə – “1984” romanını yazmağa başladığı ərəfədə sürdüyü qayığın idarəetməsini itirib və oğlu, bacısı oğlu və bacısı qızı ilə birlikdə girdaba düşüb.

Belə ki, balıq ovundan qayıdan qohumlar müəllifin səhvi ucbatından Korrivrekan girdabına düşüblər.

Yura və Skarba adalarının yaxınlığında baş vermiş hadisə haqqında müəllifin qeydi də var: “Qayıdanda girdaba düşdük, az qala, hamımız boğulacaqdıq.”

Bu hadisənin “1984” romanına birbaşa təsir edib-etmədiyi bilinmir. Amma əsərdə suyun qorxulu gücündən bəhs edilir.

Həyatı boyu bir daha balıq ovuna çıxmayan, dənizə yaxınlaşmayan Oruell bu travma ilə də vəfat edib.

OXŞAR XƏBƏRLƏR