Məşhur yazıçı Stephen King bütün zamanların ən təsirli qorxu filmlərindən sayılan “Texas qətliamı” (“The Texas Chainsaw Massacre”) haqqında xatirələrini bölüşüb.
Daha.az xəbər verir ki, filmi ilk dəfə 1982-ci ildə Coloradoda, demək olar ki, boş kinoteatrda izləyən yazıçı bir filmin gücünün iliklərimizə işlədiyi zaman üzə çıxdığını bildirir.
Yazıçının sözlərinə görə, ekran əsərinin süni effektlərdən uzaq sadəliyi və real atmosferi onu sarsıdıb:
“Qəbiristanlıq” səhnəsindəki insanlar sanki aktyor deyildi, elə Texas kəndliləri idi. 1974-cü ildə çəkilən film qorxu janrının klassikası hesab olunur. Çoxsaylı davam filmlərinə və yenidən ekranlaşdırılmasına baxmayaraq, ilk filmin təsiri hələ də üstələnməyib.”
Qeyd edək ki, hazırda A24 studiyası yeni “Texas qətliamı” filmi üzərində işləyir.