“Qızıl Portağal” film istehsalçılarına 9 milyon lirə yardım edəcək

62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı film istehsalçılarına 9 milyon lirə yardım edəcək.

Daha.az xəbər verir ki, Türkiyənin ən nüfuzlu kino festivallarından biri olan 62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı bu il 24 oktyabr – 2 noyabr tarixlərində keçiriləcək.


14 kateqoriya üzrə mükafatların veriləcəyi festivalda filmlər müxtəlif kateqoriyalarda yarışacaq:

Ən yaxşı film kateqoriyasına görə –  3,5 milyon lirə;

Ən yaxşı sənədli film kateqoriyasına görə – 250 min lirə;

Ən yaxşı qısa film kateqoriyasına görə – 200 min lirə;

Beynəlxalq uzunmetrajlı film yarışmasının qalibi seçilmiş Ən yaxşı film –  400 min lirə; (rejissora əlavə 200 min lirə)

Əgər film Foruma düşübsə, layihəyə 1 milyon 100 min lirə yardım ediləcək. 

OXŞAR XƏBƏRLƏR