62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı film istehsalçılarına 9 milyon lirə yardım edəcək.
Daha.az xəbər verir ki, Türkiyənin ən nüfuzlu kino festivallarından biri olan 62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı bu il 24 oktyabr – 2 noyabr tarixlərində keçiriləcək.
14 kateqoriya üzrə mükafatların veriləcəyi festivalda filmlər müxtəlif kateqoriyalarda yarışacaq:
Ən yaxşı film kateqoriyasına görə – 3,5 milyon lirə;
Ən yaxşı sənədli film kateqoriyasına görə – 250 min lirə;
Ən yaxşı qısa film kateqoriyasına görə – 200 min lirə;
Beynəlxalq uzunmetrajlı film yarışmasının qalibi seçilmiş Ən yaxşı film – 400 min lirə; (rejissora əlavə 200 min lirə)
Əgər film Foruma düşübsə, layihəyə 1 milyon 100 min lirə yardım ediləcək.




