“Qızıl gözlülərin” müsabiqəsi – başlayır

Gürcüstanda 2009-cu ildə əsası qoyulan “Qızıl göz” beynəlxalq operatorlar festivalı bu il növbəti dəfə keçiriləcək. 

Daha.az xəbər verir ki, müsabiqə proqramı mədəniyyət, turizm, etnoqrafiya, bədii operator işi (təhkiyə) və təbiət mövzusu üzrə keçiriləcək. Əlavə olaraq, beynəlxalq münsiflər heyəti qalibləri “Ən yaxşı tələbə işi”, “Ən yaxşı televiziya operatoru işi”, “Ən yaxşı film operatoru işi” və “Qran-pri” nominasiyalar üzrə seçəcək.

Müraciət üçün işlərin Full HD formatında minimum (1920×1080) ölçüdə hazırlanması və elektron poçt üzərindən platforma linki (“YouTube”, “Vimeo”, “WeTransfer” və s.) ilə təqdim edilməsi tələb olunur.

Qeyd edək ki, ərizələrin qəbulu sentyabrın 10-dək davam edəcək. İştirak etmək istəyənlər ərizə forması üçün info@aki.az elektron ünvanına müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR