Qız qalasında “Vyetnam günləri”

İyulun 25-dən 30-dək Azərbaycanda “Vyetnam günləri” keçiriləcək. Bu münasibətlə iyulun 27-də İçərişəhərin simvolu olan Qız qalası meydanında xüsusi mədəni-əyləncəli proqram təşkil olunacaq.

Daha.az xəbər verir ki, tədbir Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq.

Bildirilib ki, meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənəcək, zəriflik və ənənənin təcəssümü sayılan milli qadın geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunacaq.

“Vyetnam günləri” Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluq tədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir.

 

OXŞAR XƏBƏRLƏR