Pentaqon F-16, F/A-18 və F-35 qırıcılarında süni intellekt (Sİ) sınağı keçirib.
Daha.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri və Dəniz Qüvvələri tərəfindən həyata keçirilən sınaq zamanı Raft AI şirkətinin hazırladığı Starsage adlı Sİ sistemi pilotlara real vaxt rejimində təlimatlar verib. Bu sistem pilotlara mövqe seçimi və təhdidlərə necə cavab verəcəkləri barədə anında məlumat verib.
Raft AI-ın baş icraçı direktoru Şubhi Mişra bu texnologiyanın pilotların qərar qəbul etmə müddətini dəqiqələrdən saniyələrə endirdiyini bildirib. Onun sözlərinə görə, Starsage bir neçə pilota eyni vaxtda dəstək vermək qabiliyyətinə malikdir ki, bu da döyüş meydanında üstünlüyü təmin edə bilər.
Sistem mülki aviasiyada toqquşmaların qarşısını almaq potensialına da malikdir. Bu sınaq süni intellektin ilk dəfə hava döyüşlərində “real vaxt rejimində taktiki fərqindəlik” yaratdığı an kimi tarixə düşüb.




