And Dağları ilə Amazonu birləşdirən 3 800 yaşlı şəhər aşkar edilib.
Daha.az xəbər verir ki, perulu arxeoloqlar tərəfindən And Dağları ilə Amazon yağış meşələrini birləşdirən 3800 illik Peniko şəhəri tapılıb.
Paytaxt Lima yaxınlığında yerləşən bu qədim yaşayış məskəninin həmin dövrdə dağlıq ərazilərlə tropik meşələrdə yaşayan xalqlar arasında mühüm mədəniyyət və ticarət mərkəzi olduğu ehtimal olunur.
Şəhər səkkiz il davam edən arxeoloji qazıntı işlərindən sonra gün üzünə çıxarılıb. Ərazidə böyük və kiçik tikililər, yaşayış kompleksləri və dini mərasimlərin keçirildiyi məbədlər müəyyən edilib.




