Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə “Özbəkistan-Azərbaycan: ədəbi əlaqələri və əməkdaşlığın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirib.
Daha.az xəbər verir ki, tədbirdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, konfransa onlayn formatda Azərbaycandan qatılanlar da olub.




