Çanaqqalanın Kəmər kəndində 2700 illik tarixə malik qədim Troaskl bölgəsinin ən mühüm liman şəhərlərindən biri sayılan Parionda aparılan sualtı araşdırmalar zamanı Osmanlı dövrünün keramika parçaları, Osmanlı tərsanəsinə aid qalıqlar tapılıb.
Daha.az xəbər verir ki, bu il qazıntılar 18-i xarici olmaqla, ümumilikdə 36 nəfərlik heyətlə aparılır.
Parion antik şəhəri qədim Şimal Troas bölgəsinin ən önəmli liman şəhərlərindən biridir. Qədim şəhərdə 20 ildir qazıntı aparılmasına baxmayaraq, keçən ilə qədər Osmanlı dövrünə aid ciddi izlər aşkar edilməmişdi. Son illərdə aparılan sualtı araşdırmalar zamanı isə əhəmiyyətli sayda keramik əşyalar tapılıb
Tədqiqatlar nəticəsində məlum olub ki, Kəmər sahili 1574-cü ildən 19-cu əsrə qədər – 300 ildən artıq müddətdə Osmanlı donanmasının ən vacib taxta tədarük edən məntəqələrindən biriymiş.

Cənub limanındakı Bodrum Burnunun digər adının “Tərsanə burnu” olması da təsadüfi deyil.




