Ortaq Türk Əlifbasının hərfləri

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məşhur qırğız yazıçı Çingiz Aytmatovun əsərlərinə həsr olunan “Cengiz Aytmatov” adlı yeni nəşr ortaq əlifba ilə Qırğızca və Türkcə versiyada işıq üzü görüb. Bununla yanaşı, ortaq mədəni irsimiz sayılan “Oğuznamələr” də eyni əlifba ilə çapa hazırlanıb.

Daha.az xəbər verir ki, Ortaq Türk Əlifbası 34 hərfdən ibarətdir. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası Ortaq Türk Əlifbasını ötən ilin sentyabrında Bakıda razılaşdırıblar.

Ortaq əlifbadakı 29 hərf türk dilində sözlərin səs görünüşünü, 5 hərf isə (Q, X, Ň, Ə, Ŭ) digər türk dillərinin zənginliyini əks etdirir.

OXŞAR XƏBƏRLƏR