Orta Şərqin yeni simvolu

Səudiyyə Ərəbistanının Ciddə şəhərində inşası davam edən Jeddah Tower (Ciddə qülləsi) dünyanın ən hündür binası olacaq. Bu möhtəşəm göydələn, hazırda rekorda sahib olan Dubaydakı 828 metrlik Bürc Xəlifəni geridə qoymağa hazırlaşır.

Daha.az xəbər verir ki, qüllənin hündürlüyü, təxminən, 1000 metr olacaq.

Layihə çarçivəsində hotellər, ofislər, yaşayış sahələri və 157-ci mərtəbədə dünyanın ən yüksək müşahidə terrası inşa ediləcək

Tikilidə 59 lift, o cümlədən beş ikiqat kabinli lift və 12 eskalator olacaq.
İnşaat işlərinə 2013-cü ildə start verilsə də, 2018-ci ildə hüquqi səbəblər, ardından isə COVID-19 pandemiyası layihənin ləngiməsinə səbəb olmuşdu. Lakin son aylarda tikinti işləri yenidən sürətlənib.
Mütəxəssislərin fikrincə, Çin kimi ölkələrdə ultra-hündür binalara məhdudiyyətlər tətbiq edildiyi halda, Orta Şərq sərmayə imkanları və daha az tənzimləyici maneələrlə bu sahədə liderliyə can atır.
Ciddə qülləsi Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftdən kənar şaxələndirmə strategiyasının bir hissəsidir. Krallıq eyni zamanda Neom mega-layihəsi və digər turizm yatırımları ilə qlobal diqqəti cəlb etməyə çalışır.

OXŞAR XƏBƏRLƏR