OpenAİ film sektoruna daxil olur

OpenAİ süni intellekt texnologiyasını kino sektoruna gətirməyə hazırlaşır. Şirkət “Critterz” adlı ilk animasiya filmini tamamilə süni intellektlə hazırlamağı planlaşdırır. Film OpenAI-nin yaradıcı direktoru Çad Nelsonun rəhbərliyi ilə ərsəyə gələcək. Filmin prodüserliyini Vertigo Films və bu sahədə uğurlu təcrübəsi olan Native Foreign həyata keçirəcək.

Daha.az xəbər verir ki, layihənin hekayəsi və personajları üç il əvvəl yaradılıb. Məqsəd filmi 2026-cı ildə Kann Film Festivalında təqdim etməkdir.

Filmin animasiyası OpenAİ-nin DALL·E video platforması ilə hazırlanacaq. Komanda əvvəlcə personaj eskizlərini sistemə yükləyəcək, sonra bütün vizual işləri süni intellekt vasitəsilə tamamlayacaq.

Qeyd edək ki, 30 milyon dollar büdcə ilə çəkiləcək filmin 9 aya hazır olacağı deyilir. Səsləndirmə prosesində isə insan əməyindən istifadə ediləcək.

Kino sənayesində süni intellektin istifadəsi hələ də müzakirə mövzusudur.

Xatırladaq ki, bu il Oskar mükafatlarında süni intellekt istifadə edilən filmlər – “The Brutalist” və “Emilia Perez” də mübahisələrə səbəb olmuşdu. Lakin Akademiya süni intellektlə bağlı neytral mövqedə olduğunu açıqlamışdı.

 

OXŞAR XƏBƏRLƏR