Hər il Almaniyanın Münhen şəhərində keçirilən məşhur Oktoberfest festivalının 2025-ci il tarixləri bəlli olub.
Daha.az xəbər verir ki, festival bu il də həmişəki kimi sentyabrda başlayacaq və 16 gün davam edəcək.
İlk dəfə 1810-cu ildə Bavyera vəliəhdi Şahzadə Lüdviqin toy şənlikləri üçün təşkil edilən Oktoberfest ənənəvi olaraq sentyabrın üçüncü şənbə günü başlayır və oktyabrın ilk bazar gününə qədər davam edir. Bu il Oktoberfest 20 sentyabr şənbə günü başlayacaq və 5 oktyabr bazar günü sona çatacaq. Tədbirin 16 gün ərzində “Theresienwiese” meydanında keçiriləcəyi və təxminən, 6 milyon ziyarətçi qəbul edəcəyi gözlənir
“Lufthansa” aviaşirkəti xarici ölkələrdən gələn qonaqlar üçün 19 sentyabr – 5 oktyabr tarixlərində London-Münhen arasında əlavə reyslər təşkil edəcək.




