Oğurlanmış rəsm əsəri 50 il sonra tapıldı

Antonio Solarionun 1973-cü ildə oğurlanan “Məryəm və uşaq” əsəri tapılıb.

Daha.az xəbər verir ki, 16-cı əsrə aid əsər İngiltərədə –  De Dozsa aid malikanədədir.

Hazırda İngiltərədəki dul qadınla İtaliyadakı muzey arasında mülkiyyət mübarizəsi gedir.

Qeyd edək ki, De Dozsa əsəri qaytarmamaqda iddialıdır. O, 1980-ci ildə qəbul edilmiş Məhdudiyyət Aktına istinad edir.

Sözügedən qanunda qeyd edilir ki, oğurlanmış məhsul alan şəxsin satınalmadan sonrakı altı il müddətində oğurluğu isbat edilməzsə, o, məhsulun qanuni sahibi kimi tanınır.

OXŞAR XƏBƏRLƏR