Odunluqdan çıxan 600 illik tarix

Nevşehirin Ürgüp əyalətinin Daşqınpaşa kəndində adi odunluq kimi görünən, qayadan oyulmuş tikilinin, təxminən, 600 illik ibadətxana olduğu məlum olub.

Daha.az xəbər verir ki, araşadırma Nevşehir “Hacı Bektaş Vəli Universiteti”nin (NEVU) sənət tarixi mütəxəssisləri tərəfindən aparılıb.

NEVU-nun Ədəbiyyat fakültəsi Sənət tarixi kafedrasının müəllimi, dosent Savaş Maraşlının sözlərinə gör, bu yer təkkədə şorbanın qaynadığı, yeməyin bişirildiyi, qonaqların qəbul edildiyi bir yer olub:
“Bu tikilinin adı əvvəlki heç bir ədəbiyyatda keçmir. İlk dəfə gün üzünə çıxan, gizləndiyi üçün də qorunmuş bir tikilidir bu.”

Araşdırmaçılar içi tamamilə odunla dolu olan tikilini təmizləyərkən mehrab və digər memarlıq ünsürləriylə qarşılaşıb. Tikilinin fasadındakı işləmələr Səlçuqlu və Bəyliklər Dövrünün memarlıq xüsusiyyətlərini özündə daşıyır.

OXŞAR XƏBƏRLƏR