Növbəti “007”in ssenaristi bəlli oldu

Bu yaxınlarda “Arrival” və “Dune” kimi məşhur filmlərin rejissoru Deni Vilnövün Amazon MGM studiyası üçün növbəti Ceyms Bond filmini çəkəcəyi elan edilmişdi. Nəhayət, filmin ssenaristinin adı da açıqlanıb.

Daha.az xəbər verir ki, franşizanın 26-cı filminin ssenaristi əsasən “Peaky Blinders” serialı ilə tanınan Stiven Nayt olacaq. Bir sıra seriallarla yanaşı, Nayt “Oscar” namizədliyi olan iki filmin (“Eastern Promises” və “Spenser”) də ssenari müəllifidir.

Qeyd edək ki, bəzi məqamlar açıqlansa da, filmin çıxış tarixi, adı və aktyor heyəti ilə bağlı heç bir rəsmi xəbər yayımlanmayıb. Deniel Kreyqdən sonra Ceyms Bond smokinqini kimin geyinəcəyi isə hələ də müzakirə mövzusudur.

OXŞAR XƏBƏRLƏR