Builki “Nobel” həftəsinin başlayacağı tarix dəqiqləşib.
Daha.az xəbər verir ki, “Nobel” laureatları 7-13 oktyabr tarixlərində elan olunacaq.
Bildirilib ki, oktyabrın 7-i fizika, 8-i kimya, 9-u ədəbiyyat, 10-u sülh, 14-ü isə iqtisadiyyat üzrə “Nobel” mükafatı laureatları elan olunacaq.
Qeyd edək ki, laureatların elanı mükafatın rəsmi saytında və sosial media hesablarında canlı yayımlanacaq.