Niyə kişi paltarları sağdan, qadın paltarları soldan düymələnir?
Daha.az xəbər verir ki, bu adətin tarixi Orta əsrlərəcən uzanır.
Düymələrin kişi geyimlərinin sağ tərəfinə tikilməyi ənənəsi döyüş təcrübələrinə əsaslanır. O vaxtlar kişilərin paltarı sağdan sola bağlanmalı idi ki, sol tərəflərində gəzdirdikləri qılıncı sağ əlləri ilə çəkə bilsinlər. Paltarın sol tərəfdən bağlanması qılıncçəkmə hərəkəti zamanı ilişmə riski yaradırdı.
Beləcə, zamanla bu təcrübə ənənə halına gəldi.
Qadın geyimlərində düymələrin solda yerləşdirilməsi ilə bağlı bir neçə izah var. Amma çoxu bu ənənəni qadınların xidmətçiləri tərəfindən geyindirilməsiylə əlaqələndirir.
Düymələrin sol tərəfdə olmağı mahiyyət etibarı ilə dəbdəbə və zənginlik əlaməti idi. Düyməsi solda olan qadın xidmətçisi olan qadın demək idi.