Nasistlərin oğurladığı 300 yaşlı sənət əsəri

İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən Amsterdamdakı sahiblərindən oğurlanan “Bir qadının portreti” əsəri Argentinada tapılıb.

Daha.az xəbər verir ki, bu, italiyalı rəssam Cüzeppe Qislandiyə aid 300 illik tablodur.

Argentina rəsmiləri əsərin Mar-del-Plata şəhərində bir əmlak elanından sonra tapıldığını və nasistlər tərəfindən illər əvvəl oğurlandığını açıqlayıb. Əsər artıq federal prokurorluğun nəzarətindədir.
Məlumata görə, tablo keçmiş nasist məmurunun qızı Patrisia Kadgien və əri tərəfindən vəkillər vasitəsilə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR