NASA-nın tarixini dəyişən qadın

1983-cü ilin 18 iyununda “Challenger” kosmik gəmisi ilə uçan Selli Rayd ABŞ-ın ilk qadın kosmonavtı olaraq tarixə düşdü. Ondan əvvəl yalnız iki qadın – sovet kosmonavtları Valentina Tereşkova (1963) və Svetlana Savitskaya (1982) kosmosa ayaq basa bilmişdi.

Daha.az xəbər verir ki, 1978-ci ildə NASAda ilk dəfə seçilən 35 kosmonavtdan altısı qadın olub.

İllər keçdikcə, bütün çətinliklərə baxmayaraq, qadın kosmonavtlar özlərini uğurla sübut ediblər.

Selli Rayd ABŞ-dən kosmosa uçan ilk qadındır. Şannon Lüsid  1996–2007-ci illərdə qadınlar arasında kosmosda ən uzun müddət qalma rekordunu qırdı. Ketrin Sullivan isə “Hubble” teleskopunun təmiri missiyasında həlledici rol oynadı.

Qeyd edək ki, Selli Rayd və həmkarlarının cəsarəti NASA-da qadınlara baxışı dəyişdi və beləcə, gələcək nəsillər üçün yol açdı.

OXŞAR XƏBƏRLƏR