Nadir əsəri qorumaq üçün milyonlar toplandı

İngiltərə 20-ci əsr Britaniya modernizminin öncül sənətçilərindən Barbara Hepworthun nadir əsərlərindən biri olan “Rəngli heykəl: “Oval Forma” Solğun Mavi və Qırmızı” adlı taxta heykəli ölkədə saxlamaq üçün 3,8 milyon funt sterlinq toplamağı bacarıb.

Daha.az xəbər verir ki, əsər 2024-cü ilin mart ayında Londonda keçirilən auksionda sənətsevər kolleksiyaçıya satılmışdı. Lakin İngiltərə hökuməti əsərin milli əhəmiyyətini nəzərə alaraq onun ölkədən çıxarılmasına müvəqqəti ixrac qadağası tətbiq etmişdi.

Əsərin İngiltərədə qalması üçün The Hepworth Wakefield muzeyi və Art Fund xeyriyyə təşkilatı tərəfindən iyun ayında yardım kampaniyası başladıldı və kampaniya 27 avqusta – son tarixinə qədər hədəfinə çatdı. Nəticə etibarilə, heykəl artıq The Hepworth Wakefield muzeyində daimi şəkildə nümayiş olunacaq.

Qeyd edək ki, 1943-cü ildə yaradılan bu əsər Hepworth-un İkinci Dünya Müharibəsi zamanı Kornvol bölgəsində yaşadığı dövrdə düzəltdiyi ilk iri ölçülü taxta heykəl kimi sənət tarixində əhəmiyyətli yer tutur.

 

OXŞAR XƏBƏRLƏR