Məşhur serialının Azərbaycanda çəkilişləri başa çatıb

Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda tamamlanıb.

Daha.az xəbər verir ki, avqustdan aparılan çəkilişlər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki və Quba da daxil olmaqla bir sıra bölgələrdə aparılıb.

Qeyd edək ki, birinci mövsümü Yaponiyada 60 milyondan artıq tamaşaçı tərəfindən izlənilən və hazırda Netflix-də yayımlanan “VIVANT”ın yeni mövsümünün 2026-cı ildə nümayişi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR