Məşhur aktyor Alon Abutbul 60 yaşında vəfat edib. Məlumata görə, aktyor Aralıq dənizi sahilindəki məşhur HaBonim çimərliyində yıxılıb və hadisə yerində olan tibb işçilərinin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Daha.az xəbər verir ki, Abutbul debütünü 1988-ci ildə çəkilmiş “Rembo III” filmiylə etmişdi.
Qeyd edək ki, bir çox Hollivud filmində oynayıb və xüsusilə, Stiven Spilberqin “Münhen”, Kristofer Nolanın “Qaranlıq cəngavəri: Əfsanənin dirilişi” filmindəki unudulmaz ifaları ilə yadda qalıb.




