Oskar mükafatı laueratı Cennifer Lourensə San-Sebastyan Film Festivalında “Donostia” mükafatı təqdim ediləcək.
Daha.az xəbər verir ki, Linn Remsinin “Die my love” filmində rol alan aktrisa 73-cü San-Sebastyan Film Festivalında növbəti mükafatına qovuşacaq. Lourens mükafatını almaq üçün 19-27 sentyabr tarixlərində İspaniyanın San-Sebastyan şəhərində keçiriləcək festivalda iştirak edəcək.
Qeyd edək ki, bundan öncə “Donostia” mükafatına layiq görülənlər arasında Meril Strip, Keyt Blanşet, Denzel Vaşinqton və Xavyer Bardem kimi məşhur simalar var.




