AKİ-nin “Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri müəyyənləşib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti öz işinə yekun vurub.
Daha.az xəbər verir ki, müsabiqənin münsiflər heyətinin sədri Vidadi Həsənov və münsiflər heyətinin üzvləri Nadir Bədəlov, Vaqif Azəryar, Sevda Sultanova müsabiqəyə qatılmış 96 ssenaridən 71-ni finala buraxıblar.
“Mən qadınam” tammetrajlı ssenari müsabiqəsinin qaliblərini elan edirik:
1-ci yer – Rüstəm Babazadə, Əli-Səttar Quliyev “Gəlin”
2-ci yer – Çinarə Əlişli “Piyada vəzirə doğru”
3-cü yer – Səməd Ağayev “Qonşu evin işıqları”
Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb (ssenarilərin adlarının baş hərflərinin əlifba sırası ilə təqdim edirik)
Hacı Səfərov “Nigarın evi”
İntiqam Hacılı “İş axtaran qız”
Ülviyyə Heydərova “Zülf”
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, bu məqsədlə hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.
Qeyd edək ki, qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər. (I yer – 5000 AZN, II yer – 3500 AZN, III yer – 2500 AZN)




