Muzeyin əməkdaşlarına cinayət işi açılıb

Avstraliyanın Tasmaniya Universitetinə bağlı bir muzeydə 3 bədən hissəsinin icazəsiz saxlanıldığı müəyyən edildikdən sonra istintaq işi açılıb. Nəticədə, universitetin 25 il ərzində ailələrin xəbəri və razılığı olmadan 177 nəfərə aid bədən hissələrini topladığı üzə çıxıb.

Daha.az xəbər verir ki, 1966–1991-ci illər arasında bəzi patoloqlar meyityarma zamanı bəzi bədən hissələrini universitetin muzeyinə veriblər.

Tibbi ekspert bildirib ki, həmin hissələr həm ədli məqsədlərlə, həm də təhsil və tədqiqat üçün toplanıb. Halbuki o dövrdə də, indi də qüvvədə olan qanunlara görə, ailələrin razılığı olmadan bədən hissələrinin tibbi məqsədlərlə istifadə olunması qanunsuzdur.

 

OXŞAR XƏBƏRLƏR