Spartak Mədəniyyət və İncəsənət Dərnəyi tərəfindən bu il ilk dəfə təşkil olunacaq Beynəlxalq Müharibə Əleyhinə Film Festivalı 5–7 dekabr 2025-ci il tarixlərində baş tutacaq.
Daha.az xəbər verir ki, tədbir çərçivəsində Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan müharibə əleyhinə qısametrajlı filmlər Ankara, İstanbul, İzmir və Vinnenden şəhərlərində nümayiş etdiriləcək.
Məqsəd incəsənət vasitəsilə güclü bir mübarizə və müqavimət platforması yaratmaqdır.
Festival istər peşəkar, istərsə də həvəskar olsun, bütün kino sənətçilərini müharibə, zorakılıq və ədalətsizlik mövzularında fikirlərini böyük ekrana daşımağa dəvət edir.