İçərişəhərdə Azərbaycan mədəni irsini təbliğ edən iki əlamətdar tədbir – “Kölgəsiz dünya” sənədli filminin təqdimatı və Azərbaycan Miniatür Sənəti Muzeyinin təntənəli açılış mərasimi gerçəkləşib.
Daha.az xəbər verir ki, tədbirlər ISESCO-nun Regional Ofisində filmin nümayişi ilə başlayıb.
Daha sonra XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən Azərbaycan Miniatür Sənət Muzeyinin açılışı olub.
Açılış mərasimində elm və incəsənət aləminin tanınmış simaları çıxış edərək muzeyin Azərbaycan miniatür sənətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm addım olduğunu vurğulayıblar.




