“MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub

Laçın şəhərində keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub.

Daha.az xəbər verir ki, bağlanış mərasimində tədbir iştirakçıları Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunmasına və gənclər düşərgəsinə həsr edilən videoçarxları izləyiblər.
Sonda ölkəmizdən və xaricdən düşərgəyə qatılan gənclərə, eləcə də layihənin reallaşmasında iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.

Başlanış mərasimi bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilən düşərgədə ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan gənclər iştirak ediblər.

Laçın Şəhəri Günü çərçivəsində eyni zamanda “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” də gerçəkləşib.

OXŞAR XƏBƏRLƏR