Marsda 4,5 milyard illik qaya parçaları aşkarlandı

“Science” elmi jurnalında dərc olunan məlumata görə, alimlər Marsın daxilində qaya parçaları olduğunu müəyyənləşdirib. NASA-nın InSight aparatından əldə edilən məlumatlar sayəsində “Qırmızı Planet”in daxili quruluşu yenidən modelləşdirilib.

Daha.az xəbər verir ki, Mars mantiyasında dörd kilometrə qədər ölçüsü olan nəhəng qaya parçaları mövcuddur. Bu parçaların 4,5 milyard yaşı olduğu bildirilir.

Mars Günəş sisteminin intensiv meteorit bombardımanına məruz qalıb. Nəticədə, Marsın gənc qabığı parçalanıb və maqma okeanları əmələ gəlib. Bu proses nəticəsində fərqli kimyəvi tərkibə malik qayalar mantiyada “donmuş” vəziyyətdə qalıb.

Tədqiqatçılar bu kəşfin planetlərin təkamülü və geoloji tarixi haqqında dəyərli məlumatlar verdiyini qeyd ediblər. Qeyd edək ki, Marsdakı bu qədim izlər həm də Venera və Merkuri kimi planetlərin daxili quruluşunu anlamaq üçün müqayisə imkanı yaradır.

OXŞAR XƏBƏRLƏR